Menu

Cəbhədə iki erməni hərbçisi məhv edildi

20.06.2014, 13:58
Cəbhədə iki erməni hərbçisi məhv edildi

Cəbhə xəttində Azərbaycan əsgərləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi zərərsizləşdirilib.APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, iyunun erməni hərbçilərinin biri iyunun 19-da Qarabağda, digəri isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə öldürülüb.

Həlak olmuş hərbi qulluqçuların adları hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, iyulun 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində Ermənistan Ordusunun iki hərbçisi öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol