Menu

Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı açıqlanıb

29.07.2017, 22:56
Kliçko-Coşua revanş qarşılaşmasının vaxtı açıqlanıb

Britaniyanın nüfuzlu "BoxRec" boks portalında ukraynalı Vladimir Kliçko və britaniyalı Entoni Coşua arasında revanş qarşılaşmasının keçiriləcəyi barədə məlumat yer alıb.

"Report" xəbər verir ki, idmançıların görüşü 2017-ci il noyabrın 11-nə nəzərdə tutulub.

Döyüş Las-Veqasın məşhur "t-Mobile arena" stadionunda keçirilməlidir.

Boksçular arasında Londonun "Uembli" stadionunda baş tutan ilk döyüş zamanı Coşua Kliçkonu iki dəfə nokauta salıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol