Menu

Göyçayda 42 yaşlı kişi özünü asıb

30.07.2017, 15:08
Göyçayda 42 yaşlı kişi özünü asıb

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə? hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol