Menu

Bulvarda intihara cəhdin qarşısı alındı

31.07.2017, 14:28
Bulvarda intihara cəhdin qarşısı alındı

Dənizkənarı Milli Park ərazisində intihara cəhdin qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məluat verilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədiylə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaş xilas edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol