Menu

Şenol Günəş millini çalışdırmaqdan imtina etdi

01.08.2017, 12:36
Şenol Günəş millini çalışdırmaqdan imtina etdi

Türkiyə Futbol Federasiyası millini çalışdırmaq üçün "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə görüşüb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, görüş zamanı 51 yaşlı mütəxəssisə "Beşiktaş"da işləməklə yanaşı, millini DÇ-2018-in seçmə mərhələsində 4 oyuna çıxarması təklif olunub. Ancaq bu təklif "Beşiktaş" rəhbərliyi və Ş.Günəş tərəfindən müsbət cavablandırılmayıb.

İstanbul klubu rəsmi saytı vasitəsi ilə təklifi rədd etdiklərini bildirib. Qeyd olunub ki, Ş.Günəşin hər iki yerdə işləməsi həm milliyə, həm də "Beşiktaş"a faydası olmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol