Menu

ABŞ Venesuela Prezidentinə qarşı sanksiya tətbiq edib

01.08.2017, 13:56

Venezuela's Vice President Nicolas Maduro attends the National A«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Venesuela Prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

ABŞ maliyyə nazirliyinin (MN) saytında xəbər verilir ki, məhdudlaşdırıcı tədbirlər Maduronun ABŞ-dakı aktivlərinin bloklanmasını və ABŞ vətəndaşlarının onunla iş görməsi üzərinə qadağa qoyulmasını nəzərdə tutur.

«Röyter» agentliyinin xəbərinə görə, sanksiya Venesuelada «təsis iclası»na seçkilərin keçirilməsinə cavab olaraq, irəli sürülüb. Məlumdur ki, Vaşinqton bu seçkiləri «saxta» adlandırıb.

ABŞ-ın maliyyə naziri «Venesuelanın neft sektoruna yönəlik mümkün sanksiyaların tətbiq olunub-olunmayacağı» barədə suala cavab verməkdən yayınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol