Mətbuatda bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan Aşurbəy məscidində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Avropa.info-ya danışan məscidin imamı Faiq Mustafa deyib ki, bu gün heç bir əməliyat olmayıb. F.Mustafanın sözlərinə görə, yeddi həftədir davam edən proses bu gün də davam edib: "Məscidin ətrafında polis yoxlamalar aparır və namaz qılmağa gələnləri məscidə buraxmadılar. Ərazidə iki-üç yerdə polis postu qurulur və məsciddən bayırda namaz qılmağa icazə vermirlər".
F.Mustafa məsciddə İŞİD-lə bağlı heç bir əməliyyatın olmadığını deyib: "Bu xəbər uydurmadır".
Ərazidə olan post-patrul xidmətinin əməkdaşı Avropa.info-ya deyib ki, polislər xidməti vəzifəsini yerinə yetirirlər: "Heç bir əməliyat aparılmayıb. Ərazidə də heç bir qanun pozuntusu baş verməyib".


Şərhlər