Menu

Prezident 20 Yanvar şəhidinə fəxri ad verib

02.08.2017, 18:45
Prezident 20 Yanvar şəhidinə fəxri ad verib

Azərbaycan Prezidenti İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol