AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, avqustun 21-də baş verəcək Ay tutulması Amerika Birləşmiş Ştatlarının (ABŞ) üzərinə təxminən, 115 kilometr enində kölgə salacaq.
Amerikalı astroloqlar bu ilin axırına qədər Donald Trampın prezidentliyinin sonu və ya hansısa formada zorakılığın baş verəcəyindən xəbər verirlər. Bu barədə «Newsweek» nəşri yazıb.
Astroloqlar Ueyd Keyvs və Marcori Orr diqqəti avqust Ay tutulmalarına yönəldirlər (1909, 1927, 1945, 1963, 1981 və 1999). Həmin tutulmalar zamanı aşağıdakı maraqlı hadisələr baş verib: Klintonun impicmentinə və Ronald Reyqanın öldürülməsinə cəhd, Prezident Con Kennedinin öldürülməsi, Xirosima və Naqasaki faciəsi, Franklin Ruzveltin ölümü, Çikaqoda partlayışlar və Ağ Evin başçısı Uilyam Taftın öldürülməsinə cəhdlə müşayiət olunan qarmaqarışıqlıq.
«Şübhəsiz, budəfəki tutulma bu və ya digər formada zorakılıqdan xəbər verir» - deyə, ekspertlər fikir yürüdürlər.
Qeyd olunur ki, Tramp özü Ay tutulması vaxtı anadan olub ki, bu da onu həmin təzahürə yönəlik daha həssas edir.
Ay tutulması avqustun 21-də baş verəcək və Yerin təbii peyki ABŞ üzərinə eni 100 kilometrdən artıq olan kölgə salacaq. Tutulma 2 dəqiqədən artıq davam edəcək.


Şərhlər