Menu

Yeni ballistik raket ABŞ-a 85 milyard dollara başa gələ bilər

03.08.2017, 18:57
Yeni ballistik raket ABŞ-a 85 milyard dollara başa gələ bilər

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, yeni ballistik raket Amerika Birləşmiş Ştatlarına (ABŞ) 85,0 milyard dollara başa gələ bilər. Amerikanın hərbi ekspertləri hesab edirlər ki, əvvəlki nəsil qitələrarası ballisttk raketlərin (QBR) saxlanması bundan da baha başa gələ bilər.

«Breaking Defense» nəşri xəbər verir ki, ABŞ-n «Minuteman III» QBR-nin xidmət müddətinin uzadılması yavaş-yavaş köhnəlmiş hesab edilir. Hətta sonuncu belə proqramlardan biri (SLEP raketlərinin döyüş hazırlığının saxlanması proqramı) Boeinq şirkətinin nümayəndəsi Frenk Makkolun sözlərinə görə, artıq müasir tələblərə cavab vermir.

Şirkətdə «yerüstü strateji qabaşlayıcı» fəaliyyətin təmin olunmasını şaxtada saxlanan tamamilə yeni QBR-in yaradılması yolu ilə təmin etməyə və bu zaman davamlı olaraq köhnələrin istismar müddətinin uzadılmasından imtina etməyə hazırlaşırlar.

Makkolun sözlərinə görə, yeni raket açıq arxitektura və modulluq prirnsipləri əsasında tikiləcək ki, bu da raketin yaradılmasını əhəmiyyətli dərəcədə sadədəşdirəcək və ucuzlaşdıracaq.

Yeni QBR-in işlənməsinə və testləşdirilməsinə 10 ildən artıq olmayan müddət planlaşdırılır, silahlanmaya çıxarılması isə 2070-ci ilə gözlənilir.

400 yeni raketin yaradılması və tikintisinə 20 il ərzində Boeinq şirkəti 85,0 milyard dollar xərcləməyi nəzərdə tutur. Müqayisə üçün bildirək ki, 800 ədəd «Minuteman» raketi ABŞ büdcəsinə cəmi 17,0 milyar dollara başa gəlmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol