Menu

“İşləmək istəyən özünə iş tapar” - İlham Əliyev

04.08.2017, 10:43
“İşləmək istəyən özünə iş tapar” - İlham Əliyev

“İşləmək istəyən özünə iş tapar”

“Marja” xəbər veri ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə bildirib.

Müəssisəni işçisi Xəzangül Zeynalova “Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur” deyib.

Azərbaycan Prezidenti də onun sözlərinə qüvvət verərk, “İşləmək istəyən özünə iş tapar” deyə bildirib.

Xəzangül Zeynalova qeyd edib ki, “AzRose”də Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər: “Ümumilikdə burada 150-dək işçi çalışır. Maaşımız da bizi qane edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol