Menu

Qurbanov "Qarabağ"ın rəqibindən danışdı

04.08.2017, 15:53

qurban-qurbanov2Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik və bu baxımdan “Kopenhagen” də istisna deyildi. Report-un məlumatına görə, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi üzrə püşkatmanın nəticələrini dəyərləndirərkən deyib.

Qırx beş yaşlı mütəxəssis ÇL-in qrupuna düşmək uğrunda qarşılaşacaqları Danimarka çempionu “Kopenhagen”i incələyəcəklərini söyləyib: “Rəqibimizin gücü bəllidir, vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol