Menu

İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar olunub

04.08.2017, 18:32
İŞİD qurbanlarının kütləvi məzarlığı aşkar olunub

İraq hərbçiləri İŞİD terror qruplaşmasının yaraqlıları tərəfindən öldürülən 40 nəfərin qalıqları olan kütləvi məzarlıq aşkar edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məzarlıq Ənbar vilayətindəki Ramadi şəhərinin cənubunda aparılan reyd zamanı aşkar edilib.

Meyitlərdə güllə izləri olub.

Qeyd edək ki, Ramadi 2015-ci ilin sonlarında İŞİD-dən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol