AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ötən gecə dünyanın ən hündür binalarından biri Dubayda yanıb. Alov 9-cu mərtəbədən yayılıb və «Məşəl» adlandırılan 86 mərtəbəli göydələnin demək olar, çardağına qədər gedib çatıb.
Yanğını söndürmyə 9 saat vaxt sərf olunub. Zərərçəkənlər barədə məlumat yoxdur.
Sözügedən bina artıq bir dəfə 2015-ci ildə də yanıb.


Şərhlər