Menu

16 yaşlı oğlan dənizdə boğularaq öldü

08.08.2017, 20:03
16 yaşlı oğlan dənizdə boğularaq öldü

Sumqayıtda 16 yaşlı oğlan dənizdə boğulub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Qasımov Salehin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol