Menu

Putin vaxtından əvvəl öz postunu tərk edəcək - Kremldəki mənbə

09.08.2017, 11:17

Vladimir Putin«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin dördüncü prezidentlik dövründə öz postundan vaxtından əvvəl gedəcək. Kremldəki mənbəyə istinadla, bu barədə «FederalPress» nəşri xəbər verib.

Nəşrin məlumatına görə, hazırda prezident administrasiyası hadisələrin inkişafının müxtəlif variantlarını nəzərdən keçirir. Amma Kreml hər şeydən əvvəl bu varianta üstünlük verir ki, 2018-ci ildə prezident seçkilərindəki qələbəsindən 2-3 il sonra Putin Prezident postunu tərk etmək barədə qərarını və yeni namizədin adını elan edəcək.

Bir çox ekspertlər əmindirlər ki, Putinin bu qərarı onun yaşı ilə bağlıdır. «FederalPress» nəşrinin mənbələri 1999-cu ilin ssenarisini proqnoz edirlər. O zaman Yeltsin vaxtından əvvəl öz postunu tərk etmişdi.

Onu da xatırladaq ki, Vladimir Putin hələ ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini təsdiqləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol