AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, cari ilin iyul ayında Çin Xalq Respublikasının (ÇXR) ixrac həcmi dollar hesabı ilə 7,2 faiz, idxalı isə 11,0 faiz artıb. Bu zaman hər iki göstərici proqnozdan aşağı olub.
«Röyter» vgentliyi tərəfindən rəyi soruşulan analitiklər iyul ayında Çinin ixrac həcminin dollar hesabı ilə 10,9 faizlik artımını gözləyiblər. Bundan başqa, ehtimal olunurdu ki, iyulda idxal həcmi dollar hesabı ilə 16,6 faiz artacaq («Vesti Ekonomika»).
İyulda Çinin ticarət balansı 46,73 milyard dollar, ABŞ-la profisiti 25,2 milyard dollar təşkil edib. İndiki gərginlik şəraitində iki iqtisadiyyat nəhəngi arasında ticarət prosesləri ciddi müşahidə altındadır.

Şərhlər