Menu

Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanılıb

09.08.2017, 11:31
Rusiyada azərbaycanlı "qanuni oğru" saxlanılıb

Rusiyanın Ulyanovsk şəhərində Yunus Bakinski ləqəbli 56 yaşlı azərbaycanlı “qanuni oğru” Yunus Nəzərov saxlanılıb.APA-nın “primecrime.ru” saytına istinadən verdiyi məlumata görə, Y. Nəzərov Rusiyanın miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Sorğu zamanı o bildirib ki, Azərbaycan vətəndaşıdır və 10-15 gündür Ulyanovskda dincəlir.

Y. Nəzərov daha əvvəl 6 dəfə həbs olunub. O, 1982-ci ildə kriminal avtoritet Yetim Hüseyn tərəfindən “taclandırılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol