Menu

Ermənistanda etiraz aksiyası

09.08.2017, 16:43
Ermənistanda etiraz aksiyası

Ermənistanın paytaxtı Yerevanın yaxınlığında yerləşən Eçmiədzin və Zvartnots şəhərlərinin sakinləri dünən - avqustun 8-də su problemlərinin həlli tələbi ilə avtomobil yolunu bağlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə 1in.am saytı xəbər yayıb.

"Su borusundakı qəzaya görə bizdə artıq bir aydır ki, su yoxdur. Hakimiyyət bu problemi hər hansı üsulla həll etmək niyyətində deyil", - deyə etiraz edənlər bildiriblər.

Sakinlər ümid edirlər ki, hakimiyyət onların aksiyasına diqqət yetirəcək və bu, nəhayət, onların evlərinin su ilə təmin olunması probleminin həllinə kömək edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol