Menu

Lütfi Zadənin vəsiyyəti: “Məni Azərbaycanda dəfn edin”

09.08.2017, 18:26
Lütfi Zadənin vəsiyyəti: “Məni Azərbaycanda dəfn edin”

Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı. Dünya şöhrətli alimin yeganə övladı Norman ZadəAzVision.az-a eksklüziv açıqlama verərək atasının vəziyyətinin ağır olduğunu deyib: “Atam çox ağır xəstədir. O qorxunc gün gələndə, biz onu Azərbaycana aparmalıyıq”. 

Norman Zadə atasının ona vəsiyyət etdiyini bildirib: “Bizdən xahiş edib ki, onu Azərbaycanda dəfn edək”.

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Əsgərzadə (Lütfi Zadə) 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

O, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir.

Xatırladaq ki, bir müddət öncə Norman Zadə ailəsi ilə bağlı saytımıza geniş MÜSAHİBƏ vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol