Menu

Şimali Koreya kiçik nüvə başlığı yaradıb - KİV

09.08.2017, 17:44
Şimali Koreya kiçik nüvə başlığı yaradıb - KİV

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) raketin içərisində yerləşdirilə bilən kiçik nüvə döyüş başlığı yaradıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə nazirliyinin 28 iyul tarixli, Şimali Koreyanın hərbi imkanları barədə məlumatların toplandığı sənədinə istinadla, bu barədə «The Washington Post» qəzeti xəbər verib.

Sənəddən aydın olur ki, nüvə başlığı o cümlədən, qitələrarası ballistik raketlərdə quraşdırıla bilər.

Hələ ötən il KXDR bəyan etmişdi ki, o, hətta sınaqların keçirilməsinə də nail olub. Ancaq indiyə qədər gerçəkdən də döyüş başlıqlarının kiçildilmiş versiyasının sınaqdan keçirilməsi barədə dəqiq məlumat yoxdur.

Vaşinqtonun son məlumatlarına görə, hazırda Şimali Koreyanın sərəncamında təqribən 60 nüvə döyüş başlığı var. Amma bəzi müstəqil ekspertlər bu rəqəmin şişirdilmiş olduğu qənaətindədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol