Menu

Keçmiş baş həkim qəzada öldü, 4 nəfər yaralandı – VİDEO

09.08.2017, 23:24
Keçmiş baş həkim qəzada öldü, 4 nəfər yaralandı – VİDEO

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib.ARB 24 xəbər verir ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə "Niva"nın sürücüsü və sərnişini Rauf Şirinov və Zahid Şirinov həmçinin "Mercedes" də olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

O, Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qəzanın səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol