Menu

Pentaqon Şimali Koreyanı «rejimin sonu» və «xalqın məhvi» ilə hədələyib

10.08.2017, 01:10
Pentaqon Şimali Koreyanı «rejimin sonu» və «xalqın məhvi» ilə hədələyib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmin Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mettis Şimali Koreyanı öz nüvə proqramından imtina etməyə çağırıb. O, xəbərdarlıq edib ki, əks halda Pxenyanı «rejimin sonu» və «ölkə əhalisinin məhvi» gözləyir.

«Kim Çen In birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) mövqeyini və dünya liderləri tərəfindən bəyan edilmiş bu fikiri nəzərə almalıdır ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərəkətləri qlobal təhlükəsizliyi təhdid altına alır» - deyə, Pentaqonun başçısı bəyan edib. Xəbəri «CNN» telekanalı yayıb.

Mettisin sözlərinə görə, KXDR özünütəcrid və nüvə potensialını artırmaq istiqamətindəki fəaliyyətini dayandırmalıdır. «İstənilən halda, Pxenyan silahlanma yarışında məğlubiyyətə düçar olacaq» - deyə, nazir qeyd edib.

Bu arada, Moskva ümid etdiyini bildirib ki, Vaşinqton KXDR-ı təhlükəli hərəkətlərə sövq etməyəcək. Bu bəyanatla Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol