AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbi-hava qüvvələrinə məxsus silahsız təyyarə Kapitoli, Pentaqon, Ağ ev, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) binası və Endryüs bazası (ABŞ) üzərində uçuş edib. Uçuş «Açıq səma» müqaviləsi çərçivəsində həyata keçirilib.
İki özəl mənbəyinə istinadla, xəbəri «CNN» kanalı yayıb.
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi idarəsinin nümayəndəsi «Politiko» nəşrinə bəyan edib ki, xarici müşahidəçilər uçuşun marşrutunu özləri seçirlər və sonra razılaşdırırlar. Uçuş ciddi nəzarət altında həyata keçirilir.


Şərhlər