Menu

“Fukusima” AES-in yaxınlığında bomba aşkar edilib

10.08.2017, 19:32
“Fukusima” AES-in yaxınlığında bomba aşkar edilib

Yaponiyada “Fukusima” Atom Elektrik Stansiyasının (AES) yaxınlığında İkinci Dünya Müharibəsinə aid partlamamış bomba aşkar edilib.

Trend-in məlumatına görə, partlayıcı qurğunu stansiya yaxınlığında təmizlik işləri aparan işçilər aşkar ediblər.

Bombanın uzunluğu 85 santimetr, diametri 15 santimetr təşkil edir. Bombanın zərərsizləşdirilməsi üçün hadisə yerinə mütəxəssislər çağırılıb.

Bildirilib ki, “Fukusima” AES adi rejimdə işini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol