Menu

ABŞ separatçı liderlərə qarşı sanksiya tətbiq etdi

21.06.2014, 16:10
ABŞ separatçı liderlərə qarşı sanksiya tətbiq etdi

ABŞ administrasiyası Ukraynanın şərqindəki separatçıların liderlərinə qarşı sanksiya tətbiq edib.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, onların ABŞ-dakı hesabları dondurulacaq, Amerika vətəndaşları və şirkətlərinə həmin şəxslərlə iş əlaqəsi qurmaq qadağan ediləcək.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, yeni sanksiya siyahısına yeddi nəfərin adı daxildir. Onlar arasında Luqanskın “xalq meri” Valeriy Bolotov, müstəqilliyini elan etmiş “Donetsk Xalq Respublikası”nın müdafiə naziri İqor Qirkin, tanınmamış respublikanın Ali Şurasının rəhbəri Denis Puşilin də var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol