«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstraliyanın Baş naziri Malkolm Teribull bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında hərbi münaqişə baş verəcəyi təqdirdə, ölkəsi ABŞ-a kömək edəcək.
«Vaşinqtonun Avstraliyadan daha yaxın müttəfiqi yoxdur» - deyə, Teribull qeyd edib. Ötən gecə o, Koreya yarımadası ətrafında yaranmış vəziyyəti telefonla ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə müzakirə edib.
Teribull dəqiqləşdirib ki, ABŞ və KXDR arasında mümkün hərbi münaqişədə Avstraliyanın iştirak forması «vəziyyətdən və müttəfiqlərlə məsləhətləşmələrdən asılı olacaq».
Bundan əvvəl Avstraliyanın xarici işlər naziri Culi Bişop bəyan edib ki, onun ölkəsinin Şimali Koreyaya münasibəti dəyişməz qalır. Nazirin sözlərinə görə, Avstraliya Pxenyana maksimum diplomatik və iqtisadi təzyiq göstərməkdə davam edəcək.


Şərhlər