«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp yenə Koreya Xalq Demokratik Respublikasını (KXDR) hədələyib.
Prezidentin sözlərinə görə, əgər Pxenyan Quamla bağlı nə isə edərsə, o zaman KXDR-da heç vaxt heç kimin görmədiyi hadisələr baş verər.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Pxenyan tərəfdən real təhlükəyə «od və qəzəb»lə cavab veriləcək.
Şimali Koreya isə Sakit okeanda Quam adasına doğru raket atacağını bildirmişdi. Adada ABŞ-n aviabazası yerləşir


Şərhlər