Menu

Prezident Azərpaşa Nemətovu təltif edib

11.08.2017, 18:38
Prezident Azərpaşa Nemətovu təltif edib

Prezident İlham Əliyev Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərpaşa Zəfər oğlu Nemətov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Nemətovun avqustun 13-də 70 yaşı tamam olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol