Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhədi bağlayıb. Bunu Ali Radanın sədri Aleksandr Turçinov bəyan edib.
“Müdafiə Nazirliyi məlumat verir ki, bizim hərbi bölüklər Luqanskda İzvarino yaşayış məntəqəsinə giriblər və sərhədin bağlanması əməliyyatını faktiki başa çatdırıblar”, - deyə Turçinov Slavyanskın çıxışında blokpostda jurnalistlərlə söhbətində bildirib.
Ali Rada sədri inanır ki, bununla da terrorçuların təcrid olunması əhəmiyyətli dərəcədə sürətlənəcək. Turçinov deyib ki, Rusiya ilə sərhədin bağlanmasından sonra Ukrayna ərazisinə silah və muzdlu döyüşçülər göndərmək imkanı aradan qalxır. /azadliq.info


Şərhlər