Menu

65 yaşlı Qusar sakini dənizdə batıb

13.08.2017, 21:45

bogulmaBu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol