Menu

San-Fransiskoda bir küçəni miqrantlara satıblar

15.08.2017, 10:35
San-Fransiskoda bir küçəni miqrantlara satıblar

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çindən olan ər-arvad Tina Lem və Maykl Çen vergi ödənişi prosesində yol verilmiş səhvin sayəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) San-Fransisko şəhərindəki (Kaliforniya ştatı) «Presidio Terrace» adlı bahalı məhəllənin bir hissəsinə sahıb olub.

Yerli sakinlərin 30 il ərzində vergi (illik cəmi 14 dollar olmaqla) ödəmədikləri səbəbilə, məhəllənin bir hissəsi 2015-ci ildə hərraca çıxarılıb. Hesab qəbzləri səhv ucbatından «Presidio Terrace» məhəllə sakinləri assosiasiyasının keçmiş sədrinin poçt ünvanına gəlib. Nəticədə, şəhərin ən bahalı rayonlarından birindəki küçəni ər-arvad cəmi 90 min dollara alıb.

İndi küçənin yolları, trotuarları və ictimai zonaları Lam və Çenqin mülkiyyətinə keçib. Taleyin rişğəndinə baxın ki, 1948-ci ilə qədər bu ərazidə yalnız ağdarililər ev ala bilərdilər.

Cütlük bunca uğurlu sövdədən imtina etməyi planlaşdırmır və ərazidəki 120 dayanacaq yerindən pul qazanmaq niyyətindədir. Ərazidəki elit daşınmaz əmlakın sahibləri sövdənin qanuniliyinin yoxlanması üçün artıq yerli özünüidarə orqanına müraciət ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol