Menu

Səudiyyə Ərəbistanı və İraq sərhədləri açmaq qərarına gəliblər

15.08.2017, 19:05
Səudiyyə Ərəbistanı və İraq sərhədləri açmaq qərarına gəliblər

Səudiyyə Ərəbistanı və İraq 1990-cı ildən bəri bağlı olan iki ölkə arasındakı Arar keçid məntəqəsini açmaq qərarına gəliblər.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, sərhədlər İraqın sabiq prezidenti Səddam Hüseynin Küveytə hücum etməsindən sonra bağlanmışdı. Son 27 il ərzində sərhədlər yalnız ildə bir dəfə - Həcc ziyarət zamanı açılırdı.

Bu məqsədlə hər iki ölkənin rəsmilər sərhəd ərazilərə baş çəkib, həmçinin onlar İraqdan olan zəvvarlarla söhbətləşiblər.

İraqın Ənbar vilayətinin rəhbəri Sohaib əl-Ravi Arara gedən yolu qorumaq məqsədilə hərbçilər göndərildiyini bəyan edib. Onun sözlərinə görə, bu, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol