Menu

Dənizdə batanlardan birinin şəxsiyyəti müəyyənləşdi

17.08.2017, 11:00
Dənizdə batanlardan birinin şəxsiyyəti müəyyənləşdi

Dənizdə batan iki nəfərdən birinin şəxsiyyəti müəyyənləşib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol