Menu

Sabiq kansler «Rosneft»in direktorlar şurasında - Seçinin xahişi ilə

18.08.2017, 01:12
Sabiq kansler «Rosneft»in direktorlar şurasında - Seçinin xahişi ilə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın sabiq kansleri Herhard Şröder «Rosneft»in başçısı İqor Seçinin və onun beynəlxalq səhmdarlarının xahişi ilə bu şirkətin direktorlar şurasına daxil olub. Şröder bu barədə İsveçrənin «Blik» qəzetinə verdiyi müsahibədə bəyan edib. O, bildirib ki, Rusiya Prezidenti onunla əlaqə saxlamayıb və bu dəvətdə onun rol oynayıb-oynamadığı barədə məlumatsızdır.

Sabiq kansler əmindir ki, onun bu təyinatı «Rosneft»in Almaniyadakı əməkdaşlarının xeyrinə olacaq. Siyasətçi qeyd edib ki, Almaniya bazarında «Rosneft»in payı 12,0 faiz təşkil edir. Bu ölkədə Rusiya şirkətinin 1000 nəfər işçisi fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol