Menu

"Bu məsələ sağ əllə sol qulağı qaşımağa bənzəyir" - Vladimir Kazimirov

22.06.2014, 15:08
"Bu məsələ sağ əllə sol qulağı qaşımağa bənzəyir" - Vladimir Kazimirov

“Ermənistanın Avrasiya Birliyinə üzvlüyünün Dağlıq Qarabağ probleminin həlliylə heç bir bağı yoxdur”

“Ermənistanın Avrasiya Birliyinə üzvlüyünün Dağlıq Qarabağ probleminin həlliylə heç bir bağlılığı yoxdur”. AzPolitika.info-nun Ermənistanın “Novosto.am” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İrəvanda keçirilən mətbuat konfransında ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov deyib.

Mətbuat konfransında “Ermənistanın mənfəətləri hesabına Azərbaycanın Avrasiya Birliyinə üzvlüyü reallaşa bilərmi?” sualına cavabında Kazimirov bu iki məsələ arasında bir bağ görmədiyini deyib:

“Mən bunu atalar məsəli ilə izah edərdim. Bu məsələ sağ əllə sol qulağı qaşımağa bənzəyir. Burada iqtisadi mövzular daha qabarıq özünü biruzə verir. Hesab edirəm ki, mövcud qarşıdurmanın həlli ikinci plana keçməlidir. Düşünürəm ki, münaqişənin həlli istiqamətində müəyyən halqalar mövcuddur, lakin bunlar təyinedici rol oynamır”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol