“Kim qalib gələcək, kim uduzacaq, bu mövzuda müzakirələri bitirmək lazımdır”. Qol.Az-ın xəbərinə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu ABŞ-a qarşı keçirəcəkləri DÇ-2014-ün oyunu ərəfəsində FİFA-nın saytına bildirib.
Bu gün Bakı vaxtı ilə saat 03.00-da başlanacaq həmin oyunda Portuqaliya uduzsa, plef-off-a çıxmaq hüququnu itirəcək.“Ya qələbə qazanmalı, ya da əşyalarımızı toplayıb evə qayıtmalıyıq. Əgər heç-heçə olsa, yenə ikinci variant keçərli olacaq. Portuqaliya belə vəziyyətə alışmayıb. Hesab edirəm ki, bu durum komandamızı daha yaxşı oynamağa məcbur edəcək. Mən və futbolçular buna inanırıq” – deyə Bentu bildirib.
Kriştiano Ronaldo haqda da danışan Bentu deyib: “Mən federasiya ilə müqavilə imzalayanda bütün məsuliyyəti Ronaldonun üzərinə qoymaq haqda düşünməmişəm. Uğursuzluq mənim problemimdir. Ronaldo önəmli futbolçudur, amma düşünmürəm ki, onun üzərində psixoloji təzyiq digər oyunçulardan çoxdur”.


Şərhlər