Menu

İŞİD indi də insanlara “mərhəməti” ilə gündəmdə  - Foto

23.06.2014, 08:42
İŞİD indi də insanlara “mərhəməti” ilə gündəmdə  - Foto

“İŞİD Suriya Homsda kasıblara paylamaq üçün zəkat toplayır”

Sosial şəbəkədə günahsız insanlarını başını kəsən, keçdikləri yerlərdə sakinləri sorğu-sualsız güllələyən İŞİD terrorçularının zəkat toplamasını əks etdirən foto şəkillər yayılıb.

ANS PRESS-in xəbərinə görə, tvitterdəki “Sələfi Cihadi” səhifəsində yayılan şəkillərdə bir neçə nəfərin çox sayda xırda buynuzlu mal-qaranı yük avtomobilinə yığması əks olunub.

Şəklin altında isə “İŞİD Suriya Homsda kasıblara paylamaq üçün zəkat toplayır” – yazılıb.

Zəkatın könüllülük əsasında verildiyi, yoxsa zənginlərdən məcburi qaydada toplanması isə məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol