Menu

Quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb

21.08.2017, 09:59
Quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb

Abşeron rayonunda quyuda iki il əvvəl ölən şəxsin sümükləri tapılıb.

"Report" xəbər verir ki, bu barədə polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Quyudan kişiyə məxsus sümüklər aşkarlanaraq Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ekspertlərin rəyinə görə, həmin şəxs iki il əvvəl ölüb. Araşdırmalar nəticəsində nəşin qalıqlarının 1977-ci il təvəllüdlü Nadirov Məhəməd Əbdülhüseyn oğluna məxsus olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol