Menu

Dənizdə batan gəncin meyiti çıxarılıb

21.08.2017, 15:23
Dənizdə batan gəncin meyiti çıxarılıb

Ötən gün dənizdə batan 23 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:15-da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol