AzərTAc xəbər verir ki, iyunun 22-si Strasburqda Avropa Şurası Parlament Assambleyasının Sədarət Komitəsi toplanıb. İclasda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” qətnamə layihəsi müzakirə edilib. Qətnamə layihəsində Azərbaycan ərazilərinin işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq olunması, AŞPA-da Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması və rəhbər orqanlardan çıxarılması tələb edilir.
Sədarət Komitəsi qətnamə layihəsini növbəti mərhələdə müzakirə və müvafiq qərarın qəbulu üçün AŞPA Bürosuna göndərib. AŞPA Bürosunun iyunun 27-də keçiriləcək iclasında qətnamə layihəsi ilə əlaqədar yekun qərar qəbul olunacaq.


Şərhlər