Menu

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

21.08.2017, 18:41
Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər nəticələrini bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yerləşdirmənin tam nəticələri yaxın saatlarda DİM-in internet səhifəsində də yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol