Menu

Zibilxanadan yığdığı ərzağın hesabına 24 min dollara qənaət edib

21.08.2017, 19:46
Zibilxanadan yığdığı ərzağın hesabına 24 min dollara qənaət edib

Qənaətcil tibb bacısı son 4 il ərzində zibilxanadan topladığı qida məhsulları hesabına ərzaq xərclərini əməlli-başlı azaldıb. Həmin dövr ərzində o, 24 min dollara qənaət edə bilib.

34 yaşlı Sidney sakini Mel Hampfis həftədə 4 dəfə supermarketlərin, kafelərin və çörək sexlərinin zibil qutularını yoxlayır. O, qutularda təzə ət, balıq, meyvə-tərəvəz və çörək tapır və toplayır. Bu barədə «The Sun» nəşri yazıb.

Bu xəbər bir qədər gözlənilməz, vəhşi səslənə və utandırıcı görsənə bilər. Amma zibilxanalarda belə çalışmalarının sayəsində o, həftəlik ərzaq xərclərini 123 funtdan 25 funta endirə bilib.

«İlk dəfə mən dampster-dayvinq (faydalı nələrinsə tapılması məqsədilə zibilin seçilməsi - ingiliscə «dumpster-diving») barədə 4 il əvvəl eşitdim və nə qədər pulsuz ərzaq əldə etməyin mümkün olduğunu öyrənərkən, şoka düşdüm» -deyə, Mel Hampfis fikirlərini bölüşür.

Elə həmin vaxtdan başlayaraq, Mel yediklərinin 75 faizini zibil qutularından əldə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol