Menu

Litva postsovet ölkələrindən ilk dəfə ABŞ-dan sıxılmış təbii qaz alıb

21.08.2017, 21:49
Litva postsovet ölkələrindən ilk dəfə ABŞ-dan sıxılmış təbii qaz alıb

Litva ABŞ-dan sıxılmış təbii qaz alan ilk postsovet ölkəsi olub.

APA-nın xəbərinə görə, bu barədə “Financial Times” yazıb.

Məlumata əsasən, Litva sıxılmış təbii qazı “Cheniere Energy” şirkətindən əldə edib. Yükün artıq Klaypeda limanına çatdırıldığı bildirilir. Sentyabrın ortalarında Litvaya sıxılmış təbii qazla yüklənmiş ikinci gəminin gəlişi gözlənilir. Qeyd edək ki, bundan əvvəl Litva Norveçdən də sıxılmış təbii qaz alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol