Menu

“Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik” - Ərdoğan

22.08.2017, 16:59
“Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik” - Ərdoğan

“Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.

“Terror qruplaşması PYD və YPG-nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır – “Report”) “dövlət” qurmasına imkan verməyəcəyik. Bəziləri “kürd dövləti” deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik”, - dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.

Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol