Menu

Türkiyə millisinin sabiq qapıçısı həbs edildi – FETÖ ittihamı

22.08.2017, 20:17
Türkiyə millisinin sabiq qapıçısı həbs edildi – FETÖ ittihamı

Futbol üzrə Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç FETÖ istintaqı çərçivəsində saxlanılıb.

Axar.az xəbər verir ki, onun FETÖ-nun Baylok xəbərləşmə proqramından istifadə etdiyi üzə çıxıb. Polis onun evində axtarışlar aparıb.

Qeyd edək ki, 2012-ci ildə karyerasını başa vuran qapıçı Türkiyənin 2002-ci ildə dünya üçüncüsü olduğu heyətdə yer almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol