Menu

ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

23.08.2017, 12:20
ABŞ Çin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib

ABŞ Şimali Koreyanın nüvə və raket proqramına dəstək verdikləri üçün Çinin və Rusiyanın 16 şirkətinə sanksiya tətbiq edib.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Məlumata görə, sanksiya tətbiq edilənlər arasında Çinin 6 şirkəti, o cümlədən 3 daş kömür müəssisəsi, Şimali Koreyaya neft satan Sinqapurun 2 şirkəti, onlarla birlikdə fəaliyyət göstərən Rusiyanın 4 müəssisəsi var.

Bundan başqa, şimali koreyalıların idarə etdiyi mərkəzi Namibiyada yerləşən heykəllər yonan firmaya da sanksiya tətbiq olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol