Menu

DİN Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

23.08.2017, 12:30
DİN Bayram Kürdəxanılının ölümü ilə bağlı rəsmi məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub.

Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol