Menu

Maduro Rusiyaya gəlir

23.08.2017, 13:51
Maduro Rusiyaya gəlir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Venesuelanın Prezidenti Nikolas Maduro Rusiyaya səfər etməyi planlaşdırır.

«Və mən, tezliklə Rusiyaya səfər etməyə hazırlaşıram. Biz, ikitərəfli münasibətləri möhkəmləndirəcəyik» - deyə, Maduro Karakasda keçirdiyi mətbuat konfrasında bəyan edib («RİA Novosti»).

Venesuela liderinin sözlərinə görə, onun ölkəsi hərbi-texniki sferada Rusiya ilə əlaqələri möhkəmlətmək niyyətindədir.

Bundan əvvəl Maduro bəyan etmişdi ki, Amerika Birləşmiş Ştatları (ABŞ) beynəlxalq hüququ pozur.

«ABŞ Prezidenti Donald Trampın hökuməti bizi hərbi müdaxilə ilə hədələyir. Bu, ciddi bəyanatdır. ABŞ bununla beynəlxalq hüququ pozur. Belə ki, ikitərəfli məsələlərin həllində sanksiyalardan və güc tətbiqi ilə hədələmədən istifadə qadağandır» -deyə, Maduro qeyd edib.

Onun fikrincə, bu gün Venesuela - təcavüz, böhtan atmaq üzrə miqyaslı kampaniya və «feyk» xəbərlər obyektindir.

Prezident qeyd edib ki, buna qarşı durmaq üçün ölkə kütləvi informasiya vasitələrinin (KİV) köməyinə arxalanır.

«Bizim (nüvə - red) başlığımız, xaricdə hərbi bazalarımız yoxdur» - deyə, Maduro əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol