Menu

İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

24.08.2017, 12:54
İsrail - Azərbaycan oyununun vaxtı dəyişdirilib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail – Azərbaycan oyununun vaxtı dəyişdirilib.

“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişiklik İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciətinə əsasən olub.

Avqustun 31-də keçiriləcək qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol